Bəlğəmotu( lat. Althaea) və Çaytikanı (lat. Hippophae)

Cevapla
Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

Bəlğəmotu( lat. Althaea) və Çaytikanı (lat. Hippophae)

Mesaj gönderen HekimBaba » Cum Haz 07, 2019 8:50 pm

Bəlğəmotu.doc
(44.5 KiB) 3 kere indirildi
Bəlğəmotu.doc
(44.5 KiB) 3 kere indirildi
Bəlğəmotu, gülxətmi (lat. Althaea) – əməköməcikimilər fəsiləsinə aid bitki cinsidir/ Gülxətmi cinsinə aid olan növlər çoxillik ot bitkiləri olub, güclü kök sisteminə malikdir. Gülxətmi cinsinin 60 – a qədər növü dünyanın əksər ərazilərində yayılmışdır. Azərbaycanda 5 – 8 növünə rast gəlmək olar. Bunlardan dərman bəlğəmotu – Althaea officinalis bitkisi elmi təbabətdə geniş yayılmışdır. Dərman bəlğəmotu çoxillik, 60 – 100 sm uzunluqda, bozumtul – yaşıl yerüstü gövdəli, yoğun, iri şaxəli köklərə malik bitkidir. Kökümsovu qısa və yoğundur. Növbə ilə düzülmüş, enli yumurtaşəkilli, 3 – 5 dilimli, kənarları küt dişli, üst və alt səthi yumşaq məxməri tüklərlə örtülmüş saplaqlı yarpaqları var. Yarpaqlarının qoltuğunda yerləşmiş solğun çəhrayı rəngli çiçəkləri, gövdə və budaqlarının yuxarısında uzun sünbülvarı çiçəkqrupuna toplanmışdır. Meyvələri çoxtoxumlu diskşəkillidir. Böyrəkvarı, tünd – qonur rəngli hamar toxumları vardır. Bitki iyun ayından başlayaraq sentyabra qədər çiçəkləyir. Azərbaycanda dərman bəlğəmotu aran rayonlarda, ən çox isə Kür – Araz, Alazan – Aqriçay və Samur – Dəvəçi ovalıqlarında, çəmənlik yerlərdə, kolluqlarda, nəmli torpaqlarda, çay kənarlarında bitir. Gülxətmini becərdikdə toxumluq materialının keyfiyyətinə xüsusi fikir vermək lazımdır. Yüksək keyfiyyətli cücərti almaq üçün cücərmə enerjiləri yüksək və iri başqa qarışıqlardan təmizlənmiş sağlam toxum materialından istifadə olunmalıdır. Əla keyfiyyətli gülxətmi toxumlarının cücərmə qabiliyyəti 85 – 90% – dən aşağı olmur. Gülxətmi toxumları əlverişli şəraitdə saxlanarkən onlar cücərmə qabiliyyətini 2 – 5 il, hətta daha çox saxlaya bilir. 10 ilə yaxın saxlanmış toxum öz cücərmə qabiliyyətini demək olar ki, tamam itirir. 7 – 10 gün ərzində toxumların cücərmə enerjisi və cücərmə faizi təyin olunur. Gülxətmi əkilən sahəsi 27 – 30 sm dərinliyində şum apardıqdan sonra üzvi və mineral gübrələrlə qidalandırmaq lazım gəlir. Hər hektar sahəyə 20 – 30 ton peyin və yaxud 45 – 60 kq fosfor, 60 kq kalium və azot gübrələri verilməlidir. Gülxətmini cərgələrarası bir – birindən 60 sm olmaqla əkilir. Toxumları 1,5 – 2 sm torpağın dərinliyində basdırmaq məsləhətdir. Hər hektar sahəyə 6 – 8 ( 10 ) kq toxum əkmək lazımdır.
Tətbiqi. Gülxətmi qiymətli dərman, boyaq, yem və bəzək təbiətli bitkidir. Toxumlarında 25% yağ vardır. Köklərindən hazırlanan 5% – li dəmləməsi, cövhər və həblər nəfəs yollarının iltihabında ağciyər xəstəliklərində, bəlğəmgətirici, mədə – bağırsaq xəstəliklərində və eləcə də boğaz ağrılarında qarqara dərmanı kimi geniş istifadə olunur. Xalq təbabətində yarpaq, çiçək və köklərindən hazırlanmış cövhər öskürəyə qarşı və sinə ağrılarında sakitləşdirici vasitə kimi qədmidən məlumdur. Uşaqlarda baş verən soyuqdəymələr zamanı çiçəklərini suda pörtlədib ağrıyan nahiyələrə kompres kimi qoyurlar. Quru öskürəklərdə gülxətmi çiçəklərini, qızılgül ləçəkləri və şüyüd toxumları ilə qarışdırır və dəmləyib çay kimi içirlər. Təzə dərilmiş yarpaqları dəri yaralarını sağaldır. Gülxətmi çiçəyinin sidikqovucu xüsusiyyəti vardır. Mədə-bağırsaqlardakı yığılmış qazın atılmasını təmin edir.Eyni zamanda soyuqdəyməyə, bronxitə, öskürəyə qarşı dəmlənmiş gülxətmi çayı sizə çox faydalı ola bilər.
Bu çiçəyin ən faydalı yeri onun kökləridir. Kökləri böyrək iltihabı başda olmaqla, bədəninizdəki bir çox iltihabı yox edə bilər. Bədəninizin hər hansı bir yerində çıxan sızanaq və yaraların üzərinə sıyıq halına gətirilən gülxətmi çiçəyi sürtülsə, qısa zamanda yaraların sağaldığını görəcəksiniz. Diş sağlamlığı baxımından da son dərəcə faydalı olan bu çiçək diş əti şişmələrində, diş iltihabında da kömək edir. Gülxətmi çiçəyi vərəm vaxtı ortaya çıxan digər xəstəliklərə qarşı qoruyucu təsir göstərir. Böyrək daşı olan şəxslər onun tozundan istifadə etsələr, böyrək daşlarının əridiyini görəcəklər.
Zərərləri:
Gülxətmi çiçəyinin müəyyən bir zərəri yoxdur, ancaq hər bitki kimi bu çiçəkdən də çox istifadə edilməsi təhlükəlidir.
İstifadə qaydası:
Gülxətmi çiçəyinin yarpaqlarını qurudun. 1 litr qaynamış suyun içinə bir ovuc yarpağını atın və dəm aldıqdan sonra çay kimi içə bilərsiniz. Ayrıca, bu çay ilə üzünüzü yusanız, günəş ləkələrini aparacaq.
Çaytikanı (lat. Hippophae) — iydəkimilər fəsiləsinə aid kol və ya ağac bitki cinsidir. Çaytikanı bitkisinin hündürlüyü 7 m. olur, nadir hallarda 15 metrə çatır. Tikanlı budaqlara malikdir. Çiçəkləri kiçik və bircinslidir. İkievli bitkidir. Çiçəkləri yarpaqların qoltuğunda iki-iki, beş-beş yerləşirlər. Meyvələri çəyirdəkmeyvədir, budaqlara yapışmış vəziyyətdə olurlar. Dünya miqyasında çaytikanının 3 növü yayılmışdır. Dağ çaylarının məcralarında bitir. Çaytikanı toxumla və vegetativ üsulla çoxalır. Meyvələri yeyilir. Yağ almaq üçün becərilir. Çaytikanı qiymətli dərman bitkisidir.
Çaytikanının meyvəsində 3,5 faiz şəkər və çox miqdarda turşu, С, В1, В2, fol turşusu, РР, К, Р və Е, karotin,dəmir,bor,marqanes var. Bu meyvələri istər çiy, istərsədə müxtəlif məhsullar hazırlayaraq istifadə etmək olar. Çaytikanının əsas faydalı xüsusiyyətləri aşağıdakılardır:
1. Bu giləmeyvənin tərkibindəki maddələr sinir sisteminin fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edir.
2. Çaytikanı yağı bakteriya məhv edici xüsusiyyətə malikdir. Yaralrın tez sağalmasında, ağrının azaldılmasında istifadə edilir. Bu qırmızı-narıncı rəngli yağda maddələr mübadiləsini tənzimləyən karotin, F vitamini,dəmir,gümüş,kobalt,nikel və sairə ilə zəngindir. Bu yağdan həm daxilə, həm də xaricə qəbulla istifadə edilə bilər. O, həmçinin ciyərlərdə zülalı artırır, zədəli hüceyrələrin tez müddətdə bərpasını stimullaşdırır. Kəskin laringit, faringit kimi xəstəliklərdə günötrə 15 dəqiiqə inhalyasiya (buxar, qaz və ya toz halına salınmış maye və ya maddələrlə nəfəs alma vasitəsilə müalicə) etmək olar.
3. Çaytikanı meyvəsini dondurulmuş halda uzun müddət saxlamaq mümkündür. Bu meyvələr yaşlılarda antisklerozun profilaktikasında faydalıdır.
4. Çaytikanı şirəsi öskürəyə qarşı mükəmməl vasitədir. Onu balla birgə qəbul etmək daha effektiv təsirə malik olacaq.
5. Sinqa (vitaminsizlik nəticəsində diş ətində əmələ gələn xəstəlik) zamanı əvvəllər çaytikanı çayından istifadə edilirdi. Bunun üçün giləmeyvənin 5 qram quru yarpağını 1 stəkan qaynar suda dəmləmək lazımdır.
6. Mədə şirəsinin azalması zamanı çaytikanının təzə meyvələri və şirəsi məsləhət görülür.
7. Mədə xəstəliklərində çaytikanından hazırlanmış həlim içmək olar. 3 xörək qaşığı giləmeyvə 0,5 litr qaynar suya əlavə edilir. 10 dəqiqiə az odda qaynadandan sonra gündə 2-3 dəfə çay kimi içmək olar. Mədə - bağırsaq traktının pozulması zamanı yarpaq və budaqlardan həlim hazırlamaq olar. Mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri zamanı: yeməkdən 30 dəqiqə əvvəl yarım ç.q. gündə 3 dəfə çaytikanı yağı qəbul etmək məsləhət görülür.
8. Donvurma,yanıq, irinli yaralar zamanı təzə meyvələri yaraların üzərinə qoymaq məsləhətdir.
9. Çaytikanı B vitamini ilə zəngindir. Bu meyvə nəinki 40 yaşdan sonra kişilər, hətta gənclər üçündə intim gücün bərpasında,yaranmış problemlərin aradan qaldırlmasında faydalıdır. Çirə,təzə meyvələr,yağ və salatları bu problemi həll etməyə kömək edir.
10. Çaytikanının yarapaqları və meyvəsi orqanizmdən oksalat turşusu və sidikqovucu təsirə malikdir.
Çaytikanı yağı və onun preparatları ilə müalicə həkim nəzarəti altında aparılmalıdır. Kəskin xolesistit (öd kisəsinin iltihabı), hepatit (qaraciyərin iltihabı), pankreatit (mədəaltı vəzin iltihabı), ishal zamanı çaytikanı yağını daxilə qəbul etmək əksgöstərişdir.



Cevapla

“Fizioterapiya/Müalicəvi bədən tərbiyəsi” sayfasına dön

Kimler çevrimiçi

Bu forumu görüntüleyen kullanıcılar: Hiç bir kayıtlı kullanıcı yok ve 3 misafir