1.Xarici mamalıq müayinəsi

Kilitli
Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

1.Xarici mamalıq müayinəsi

Mesaj gönderen HekimBaba » Pzr May 28, 2017 6:04 pm

Hamilə qadın müayinə haqqında məlumatlandırılır. Müayinəni icra edən həkim birdəfəlik əlcək geyinir

Təchizat: sərt çarpayı, birdəfəlik əlcək

1.Xarici mamalıq müayinəsinin I üsulu
Məqsəd: uşaqlıq dibinin hündürlüyü və dölün uşaqlıq dibində yerləşən iri hissəsinin təyini
Hamilə qadına arxası üstə sərt çarpayıda əlləri gövdə boyunca uzadılmlş, baş və ayaqlar eyni müstəvidə olmaq şərtilə uzanmaq təklif olunur. Müayinəni icra edən mama həkim hamilənin sağ tərəfində ayaq üstə hamilə qadınla üzbəüz dayanır və ya oturur. Həkim hər iki əlin ovucunu uşaqlıq nahiyyəsində elə yerləşdirilir ki, əllər uşaqlığın bucaqları ilə dibini birlikdə əhatəyə alsın, barmaqlar isə ucları ilə bir-birinə yönəlmiş olsun. Uşaqlıq dibinin hündürlüyünü müəyyən etməklə hamiləliyin müddəti təyin edilir. Eyni zamanda uşaqlıq dibində yerləşən iri hissə (baş və ya sağrı) müəyyən edilir (1 bal)
Resim
2.Xarici mamalıq müayinəsinin II üsulu
Məqsəd: dölün mövqeyinin və görkəminin təyini
Həkimin əlləri uşaqlıq dibindən cisminin sol və sağ divarları ilə aşağıya doğru sürüşdürülür. Uşaqlığın yan divarlarını növbə ilə hər iki əlin barmaqları ilə ehtiyyatla əlləməklə dölün kiçik hissələrinin və kürəyinin hansı tərəfdə olduğu müəyyən edilir. Bu zaman kürək özünün geniş və hamar səthi ilə tanınır. Əks tərəfdə dölün hərəkətli kiçik hissələri təyin edilir. Dölün kürəyinin yerləşdiyi nahiyəyə görə dölün mövqeyi müəyyən edilir. Belə ki, əgər dölün kürəyi uşaqlığının sol divarına baxırsa dölün I mövqeyi, əgər sağ divarına baxırsa dölün II mövqeyi müəyyən edilir (2 bal)
Resim
3.Xarici mamalıq müayinəsinin III üsulu
Məqsəd: dölün gələcək hissəsinin təyini
Bu üsulu icra edən zaman həkim adətən sag əli ilə simfizin üzərində gələcək hissəni əlləməyə çalışır. Bu zaman sag əlin baş barmagı gələcək hissənin bir tərəfində qalan dörd barmaqlar isə qarşı tərəfində yerləşdirilir. Barmaqlar arasında gələcək hissənin baş və ya sağrı olduğu müəyyən edilir (1 bal)
Resim
4.Xarici mamalıq müayinəsinin IV üsulu
Məqsəd: dölün gələcək hissəsinin kiçik çanağa münasibətinin təyini
Müayinəni aparan həkim hamilənin sağ tərəfində üzü hamilə qadının ayaqlarına istiqamətləndirilmiş vəziyyətdə dayanır. Həkim hər iki əllərinin barmaqlarını çanaq girəcəyinə istiqamətləndirir, ehtiyyatla barmaqlarını gələcək hissənin üzəri ilə çanağın girəcəyinə yeritməyə çalışır və gələcək hissənin çanağa münasibətini müəyyən edir (1 bal)
Resim

Yekun : 5 bal





Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

Mesaj gönderen HekimBaba » Prş Tem 13, 2017 12:56 am

.

Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

Mesaj gönderen HekimBaba » Sal Tem 25, 2017 1:51 am

.

Kilitli
  • Benzer Konular
    Cevaplar
    Görüntüleme
    Son mesaj

“Mamalıq-Ginekologiya” sayfasına dön

Kimler çevrimiçi

Bu forumu görüntüleyen kullanıcılar: Hiç bir kayıtlı kullanıcı yok ve 2 misafir