Bədxassəli şişlərə bioloji baxış

Cevapla
Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

Bədxassəli şişlərə bioloji baxış

Mesaj gönderen HekimBaba » Cum Haz 07, 2019 8:45 pm

Bədxassəli şişlərə bioloji baxış.doc
(35.5 KiB) 8 kere indirildi
Bədxassəli şişlərə bioloji baxış.doc
(35.5 KiB) 8 kere indirildi
Bədxassəli şişlər hüceyrənin nəzarətsiz bölünməsi, daha doğrusu mitotik aktivliyin pozulmasdır. Buna əsas səbəb hüceyrə bölünməsinə nəzarət edən genin mutasiya etməsi ə yaxud həmin genin anormal aktivləşməsidir. Normal hüeeyrələrdə bəd xassəli şişlərin əmələ gəlməsinə səbəb olan genlər onkogenlər (yun." onkos " - şiş deməkdir) adlanır. Belə genlər yüzə qədərdir. Bədxassəli hüceyrələr intensiv böiünərək öz surətlərinin klonunu verirlər. Nəticə etibarı ilə onlar nizamsız kütlə şəklində nisbətən diferensiasiya olunmamış toxuma - bədxassəli şiş əmələ gətirir. Bu kütlədən ayrılmış hüceyrələr qana düşərək qanla birlikdə orqanizmin digər hissələrinə miqrasiya edərək orada məskən salır və metastaz adlanan ikinci şişləri formalaşdırır. Metastazı yaradan şişlər bədxassəli şişlər kimi təsnif edilir, ona görə ki, onlar orqanizmdə yayılaraq onun həyati əhəmiyyətli funksiyalarını pozmaqla nəticədə ölümə səbəb olur. Qeyd etməliyik ki, şişlər içərisində xoşxassəli olanları da vardır ki, onlann əsas xüsusiyyəti məhdud səviyyədə böyüməsi və metastaz verməməsidir. Onlar praktik olaraq ziyansızdır və cərrahi yolla asan aradan qaldırıhr.
Genlərin dəyişilməsi mutasiya, onu törədən amillər isə mutagenlər adlanır. Şişlərin inkişafına şərait yaradan mutagenləri kanserogenomlar adlandırırlar. Mutagen hüceyrələrin böyük əksəriyyəti orqanizmin immun sistemi tərəfındən dağıdılır, ya da orqanizmə ziyan vermədən özləri məhv olurlar. Bədxassəli hüceyrələrin formalaşması (konserogenez) bir neçə mərhələdə gedir və uzun müddət fəaliyyət göstərən bir və ya bir neçə amillərin təsirindən baş verir. Çox güman ki, bunun üçün bir mutasiya kifayət etmir. Bədxassəli şişlərin 20% virusların təsirindən yaranır.
Retroviruslar üzərində apanlan təcrübələr onu göstərir ki, xərçəng xəstəliyi genetik təbiətlidir. Onların irsi məlumatları RNT - də kodlaşdırılıb. Sahibin hüceyrəsinə daxil olmuş retroviruslar özünün əks transkriptaza fermentinin köməkliyi ilə matris vəzifəsini görən öz RNT - si üzərində ona komplementar DNT - ni sintez edirlər, öz növbəsində sahib hüceyrə DNT - yə qoşularaq onunla birlikdə provirus formasında nəsildən nəslə replikasiya olunur. Retrovirusların bəziləri ziyansızdır, onlann içərisində iç və çoxlu onkogenlər də var. Sonuncu proviruslar sahib hüceyrənin bölunməsini idarə edən genləri aktivləşdirməklə onları nizamsız şəkildə bölünməyə məcbur edir ki, nəticədə bədxassəli şişlər əmələ gəlir (deməli onkogenlərə çevrilirlər). Vims •-üçün fayda" ondan ibarət olur ki, hüceyıələr mitoz bölünmə zamani oriun genetik materialı çoxsaylı artır, bu isə çoxlu virus hissələrinin əmələ gəlməsinə gətirib çıxarır. Bu viruslardan bəzilərinin DNT-də sahib hüceyrənin nəzarətsiz bölünməsini həyata keçirən genlər olur. Bunlara misal insanda ziyili törədən virusu, qadınlarda uşaqlığın boyun nahiyəsinin xərçəngini əmələ gətirən virusu, Afrikada çox geniş yayılan Berkit limfomasını törədən Epşteyn - Barr virusu və s. göstərmək olar.
Tədqiqatlar göstərir kiy insanda təsadüf edilən bədxassəli şişlərin təqribən 5% irsi təbiətlidir. 40-dan çox xərçəng xəstəliyi, o cümlədən süd vəzilərinin, yumurtalığın və yoğun bagırsağın xərçəngi irsi xarakter daşıyır. Şişlərin əmələ gəlməsini stimullaşdıran genlər, ya bədxassəli hüceyrələrin yaranmasını determinə edir, başqa sözlə onkogenlərdir, ya da orqanizmin həmin hüceyrələrə qarşı mübarizə qabiliyyətinin itirilməsinə səbəb olur. Süd vəzilərinin xərçəngi xəstəliyinə məsul olan iki gen müəyyənləşdirilib: BRCA1 və BRSA2. Qeyd etməliyik ki, BRCA1 geni 1994 - cü ildə klonlaşdırılıb, o transkripsiyada iştirak edən zülalı kodlaşdırır. Bu genləri olan qadınların təqribən 80 % - də 70 yaşadək süd vəzilərinin xərçəngi müşahidə olunur,
Xərçəng xəstəliyinə səbəb olan amillərdən biri də ionlaşdırılmış şüalanmadır. Bu şüalanmaya rentgen şüaları, qamma şüası, həmçinin radionuklidlərin parçalanması zamanı ayrılan hissəciklər seli (axını) aiddir. Hələ ötən əsrin əvvəlindən məlumdur ki, rentgen şüaları ilə işləyən insanlar tez - tez xərçəng xəstəliyinə tutulurlar. Bir qayda olaraq ionlaşmış şüalar hüceyrədə bioloji molekulları, o cümlədən DNT - ni zədələyən və mutasiyaya səbəb olan yüksək aktivlikli ionlar əmələ gətirir. Nəticədə dəri, sümük iliyi, ağciyər və süd vəziləri xərçəngi kimi xəstəliklər yaranır. Ultrabənövşəyi şüalar ən geniş yayılmış kanserogen şöalardır. Ultrabənövşəyi şüalar DNT molekulu tərəfindən udulduqda onün tərkibinə daxil olan azot əsasları əlavə eneıji alır və bunun nəticəsində ətrafda olan kimyəvi maddələrlə lazımsız reaksiyaya girir. Günəş şüasının tərkibində ultrabənövşəyi şüalar çoxdur, ona görə uzun müddət günəş şüası altmda qaldıqda insanda müxtəlif formalı dəri xərçəngi, həmçinin melanoma yaranır. Bu şiş aktiv metastaz vermək qaliyyətinə malikdir, ikincili mənbə olan baş beynin bədxassəli şişləri insariların ölümünə səbəb olur. Son illər atmosferin ozon təbəqəsində baş verən dağılmalar yer səthinə çoxlu ultrabənövşəyi şüaların gəlib çatmasına səbəb Olur. Onlardan müdafiəni isə dərinin tərkibindəki melanin piqmenti həyata keçirir.
Xərçəng xəstəliyini törədənlərdən biri də kimyəvi kanserogenlərdir. Hal-hazırda çoxsaylı kanserogen maddələr məlumdur. 1975 - ci ildən məlumdur ki, bədxassəli şişləri duda, däşkömür qətranı qatı kanserogenləri bədxassəli şişləri stimullaşdırır. Belə ki, soba təmizləyənlərdə toxumluğun xərçənginin geniş yayılmasına səbəb məhz qeyd olunan kimyəvi maddələrdir. XXI əsrdə kanserogenlərin siyahısı artmaqda davam edir. Məlum edildi ki, bir sıra boyaqlar, stabilizatorlar və s. xərçəngə səbəb ola bilir. Tütün tüstüsünün tərkibində ağciyər xərçəngini törədən maddələr var. Kanserogenlər adi qida maddəİərinin tərkibində də çoxdur, ancaq onların miqdarı o qədər azdır ki, orqanizmin sağlamlığına ciddi təsir görə göstərmir.



Cevapla
  • Benzer Konular
    Cevaplar
    Görüntüleme
    Son mesaj

“Tibbi biologiya və genetika” sayfasına dön

Kimler çevrimiçi

Bu forumu görüntüleyen kullanıcılar: Hiç bir kayıtlı kullanıcı yok ve 1 misafir