Bəbəyin norma və patologiyası

Cevapla
Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

Bəbəyin norma və patologiyası

Mesaj gönderen HekimBaba » Cum Haz 07, 2019 8:41 pm

Bəbəyin norma və patologiyası.doc
(29.5 KiB) 14 kere indirildi
Bəbəyin norma və patologiyası.doc
(29.5 KiB) 14 kere indirildi
Görmə siniri (n.opticus) gözün 3 - cü torlu qatının qanqlioz hüceyrələrindən başlayır (1 - ci qat çöpcüklər və kolbacıqlar, 2 - ci bipolyar hüceyrə qatıdır). Qanqlioz hüceyrələrin aksonlar birləşərək çərçivəsi dairəvi və ya oval formada, diametri 1,5 - 1,7 mm olan göz sinirinin diskini (məməciyini) əmələ gətirir.
Görmə siniri (n.opticus) görmə dəliyindən kəllə boşluğuna daxil olur. Türk yəhəri önündə torlu qatın daxilindən gələn liflər çarpazlaşır (chiasma opticum), əks tərəfə keçir, xaricdən gələn liflərlə birləşərək görmə yolu (tractus opticus)əmələ gətirir.
Görmə traktı bir qədər yuxarı qalxaraq beyin ayaqcığını əhatə edərək birincili qabıqaltı mərkəzlərdə qurtarır: xarici dizvari cisimdə (corpus geniculatum latcrale), görmə qabarı yastığında (pulvinar) və ön qoşatəpədə (colliculus superior). Bu törəmələrdən çıxan görmə lifləri (radiatio optica) Qrasiole dəstəsi əmələ gətirərək daxili kapsulanın arxa budundan keçir, ənsə payının daxili hissəsində yerləşən qabıq mərkəzində, mahmız yarığı (fissura calcarina) və onun yuxarı hissəsində yerləşən paz (cuneus), aşağı hissəsində dilcik (lobus lingvalis) sahələrində qurtarır. Dördtəpəli cismin ön qoşa təpəsindən başlayan liflər orta beyində gözün hərəki sinirinin (n.oculomotorius) parasimpatik Yakuboviç nüvəsində qurtanr və bəbəyin işığa qarşı reaksiyasında iştirak edir,
1. Görmə itiliyi hər göz üçün xüsusi Qolovin - Sivtsev cədvəlinin köməyi ilə yoxlanılır. Normada insan 5 metrden cədvəlin 10 - cu sətrini görür. Görmə itiliyi (visus) 1 - ə bərabərdir.
Görmə itiliyinin zəifləməsi (ambliopia), tamamilə itirilməsi (amavros) adlanır.
2. Gözü hərəkət etdirmədən onun gördüyü sahəyə görmə sahəsi deyilir. Görmə sahəsi perimetr ilə təyin edilir. Normada ağ rəngə görmə sahesinin hüdudları : xaricə - 90°, daxilə - 60o , aşağıya - 70o, yuxarıya 60°- dır.
3. Göz dibinin müayinəsi oftalmoskop vasitəsilə təyin edilir. Normada göz dibinin hüdudu dairəvi, rəngi çəhraydır. Göz dibinin xaricində bir qədər tünd rəngdə, oval formada sarə ləkə yerləşir.
4. Rəng duyğusunu təyin etmək üçün müxtəlif polixromatik cədvəllərdən istifadə edirlər.
Görmə sahəsinin hüdudlarının bütün istiqamətdə üyni daralması konsentrik daralma, hissəvi pozulması isə skotoma adlanır. Görmə sahəsinin yarısı pozulduqda hemianopsiya adlanır. Hemianopsiya birtərəfli (hemianopsia homonima) və ya müxtəlif tərəfli (hemianopsia heteronima) olur. Çarpazlaşan liflər zədələndikdə bitemporal heteronim hemianopsiya əmələ gəlir.
Görmə traktı, birincili qabıqaltı mərkəzlər, Qrasiole dəstəsi və qabıq mərkəzi zədələndikdə homonim hemianopsiya əmələ gəlir. Tractus opticus zədələndikdə göz dibində sadə atrofiya və bəbəyin işığa reaksiyası itir.
Görmə qabıq mərkəzinin (fissura calcarina) və ya Qrasiole dəstəsinin hissəvi zədələnməsində kvadrant - hemianopsiya əmələ gəlir.
Mahmız şırımı nahiyəsində qıcıq prosesində görmə halüsinasiyası əmələ gəlir. Ənsə payının xarici səthində (gicgah -təpə paylan birləşən yerdə) qıcıqlanma nəticəsində mürəkkəb halüsinasiyalar əmələ gəlir : həndəsi fiqurlar, insan sifətləri, əşyaların böyüməsi (makroskopiya)və kiçilənməsi (mikropsiya) , eybəcərləşməsi (metamorfopsiya) gözə görünür.
Rəng duyğusunun itirilməsi (rəng korluğu) - daltonizm anadangəlmə olur və görmə sinirinin atrofiyasında müşahidə edilir.
Rəng duyğusunun itirilməsi (axromatopsiya) ənsə payının qabığı işemiyasında əmələ gəlir. Bütün əşyaları bir rəngdə görmək (monoxromatopsiya) intoksikasiyalarda və makulyar ( sarı ləkə) sahəyə qansızmalarda əmələ gəlir.
Göz dibinin müayinəsi zamanı görmə sinirinin nevriti (iltihab proseslərində), məməciyin atrofiyasında (dağınıq sklerozda, neyrosiflisdə və s.), durğunluq (kəllədaxili təzyiqin yüksəlməsində ) təyin edilir.



Cevapla
  • Benzer Konular
    Cevaplar
    Görüntüleme
    Son mesaj

“Oftalmologiya” sayfasına dön

Kimler çevrimiçi

Bu forumu görüntüleyen kullanıcılar: Hiç bir kayıtlı kullanıcı yok ve 1 misafir