Baroreseptorların fizioloji xüsusiyyətləri,ixtisaslaşması

Cevapla
Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

Baroreseptorların fizioloji xüsusiyyətləri,ixtisaslaşması

Mesaj gönderen HekimBaba » Cum Haz 07, 2019 8:33 pm

Baroreseptorların xüsusiyyətləri. Arterial təzyiqin səviyyəsinin qəbulu baroreseptor adlanan xüsusi reseptorlar vasitəsilə həyata keçir. Baroreseptorlar yalnız qan təzyiqinin barometrik dəyişilməsini qəbul edir. Baroreseptorlar demək olar ki, bütün qan damarlarında yerləşir, lakin onların daha çox toplandığı zonalar vardır. İlk növbədə bu aortanın ürəkdən çıxan hissəsindəki, aortal zonadır. Onun vəzifəsi - ürək atmasına nəzarət etməkdir. Sonra - sinokarotid zona gəlir. O, beyinə gedən qanın təzyiqinə nəzarət edir. Baroreseptorların damarlarda, əsasən də aortada təyin edilmə xüsusiyyətləri var. Histoloji araşdırmalar göstərir ki, baroreseptorın əksər hissəsi damarın xarici adventisial qatına yaxın yerləşir. Baroreseptorlar damarın əzələ lifləri və elastik qatı arasında yerləşir. Burada böyük fızioloji məna var. Belə yerləşmə baroresep torlara damarda arterial təzyiqin cüzi dəyişilməsini hiss etməyə imkan verir.
Baroreseptorların fizioloji xüsusiyyətləri. Ümumi xiisusiyyəti baroreseptorların funksiyasının genetik determinasiyasıdır və fərdin həyatı boyu əgər qan təzyiqi dəyişməyibsə, onların spesifik xüsusiyyətləri saxlanılır.
Baroreseptorların ixtisaslaşması. Hər baroreseptor və ya hər bir qrup baroreseptorlar qan təzyiqi dəyişilməsinin yalnız özünəməxsus parametrini qəbul edir. Baroreseptorları fizioloji xüsusiyyətlərinə görə 3 qrupa bölmək olar. Birinci qrupa ürək fəaliyyətinin sistola və diastolası ilə əlaqəli arterial təzyiqin ritmik dəyişilməsini qəbul edən baroreseptorlar daxildir. Onlar üçün təsir ritmi vacibdir. İkinci qrupu statik, daimi, kəsilməyən, dəyişməyən yükü qəbul edən baroreseptorlar daxildir. Üçüncü qrupa damarda mayenin vibrasion dəyişilməsini qəbul edən baroreseptorlar daxildir. Qan damarlarında demək olar ki, göstərilən bütün təsirlər mövcuddur. Ritmik dəyişilmə 120 / 80 mm c.s. hüdudlarında olur. Statik yük (məsələn, aortada) 0 - 80 mm c. s. hüdudlarında olur. Bu 3 qrup baroreseptorlar arasında daha incə ixtisaslaşma mövcuddur. Belə ki, arterial təzyiqin dəyişilməsini qəbul edən baroreseptorlar rəqəmlərə uyğun 20 - dən 30 mm c.s. və beləliklə, 240 - dan 250 mm c.s.- na kimi dəyişikliyi qəbul edənlərə ayrılırlar. Hətta elə baroreseptorlar var ki, 80 mm c.s.- dan aşağı və 120 mm c.s.- dan yuxarı dəyişikliyi qəbul edirlər və normal şəraitdə aorta qövsündə qıcıqlanmırlar. Bunlar hamısı orqanizmin gözlənilməz təzyiq dəyişilməsinə uyğunlaşma qabiliyyətinin göstəriciləridir.
İmpulsasiyanın artması. Baroreseptorlar arterial təzyiqin kəskin dəyişməsində daha çox impulsasiya artımı verir, nəinki tədricən baş verən təzyiq dəyişməsində. Burada hər hanşı bir toxumanın ümumi qıcıqlanma prinsipi əsas rol oynayır. Qıcıqlanma nə qədər güclüdürsə toxumada o qədər kəskin oyanma prosesi gedir. Bu o deməkdir ki, qan təzyiqi nə qədər çox və kəskin olaraq artarsa, baroreseptorların oyanması o qədər güclü olar. Baroreseptorlar arterial təzyiqin yüksək və təkrarlanan dəyişiminə daha çox impulsasiya artımı ilə cavab verirlər. Bu qanunauyğunluq xüsusən baroreseptorla əlaqəli olan deprossor sinirinin tək afferent lifində impuls aktivliyinin qeyri aşkar olunur. Depressor sinirin həmiri lifinə elektord qövsünün izolə olunmuş hissəsində təzyiqi müvafiq olaraq dəyişərək uyğun baroreseptorların aktivliyi qeyd edilir.
Təzyiq 10 mm. c. süt - qədər dəyişdikdə , yəni 120 - dən 130 mm.c.s. səviyyəsinə yüksəldikdə, implus artımı 5 implusa bərabər olur. Əgər təzyiq 120 - dən 180 mm.c.s. - na kimi yüksələrsə, onda implus artımı 20 implus olacaq və s. Beləliklə, hiperbolik asılılıq yaranır.



Cevapla
  • Benzer Konular
    Cevaplar
    Görüntüleme
    Son mesaj

“Normal fiziologiya” sayfasına dön

Kimler çevrimiçi

Bu forumu görüntüleyen kullanıcılar: Hiç bir kayıtlı kullanıcı yok ve 2 misafir