Balantidiazın törədicisi, morfologiyası. Xəstəliyin patogenezi,mikroboloji diaqnostika prinsipləri

Cevapla
Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

Balantidiazın törədicisi, morfologiyası. Xəstəliyin patogenezi,mikroboloji diaqnostika prinsipləri

Mesaj gönderen HekimBaba » Cum Haz 07, 2019 8:27 pm

Balantidiazın törədicisi.doc
(159.5 KiB) 7 kere indirildi
Balantidiazın törədicisi.doc
(159.5 KiB) 7 kere indirildi
Balantidiazın törədicisi - Balantidium Coli, Ciliophora tipinin Ciliata sinfinə aiddir. 1856 - cı ildə isveç həkimi P.Malmsten tərəfindən kəşf edilmişdir. Balantidiaz – bağırsağın zoonoz protozoy xəstəliyi olub, ümumi intoksikasiya simptomları və yoğun bağırsağın xoralı zədələnmələri ilə müşahidə olunur.
Morfo-bioloji xüsusiyyətləri. Parazitin inkişafında vegetativ və sista mərhələləri ayırd edilir. Vegetativ forma - trofozoit iri(45-60 mkm və daha böyük) oval formalıdır və səthi hərəkət orqanoidləri olan kirpikciklərlə örtülüdür . Ön ucunda yarıqvari ağız dəliyi - sitosom ilə peristom vardır. Arxa ucunda anal dəlik — sitoprok yerləşmişdir. Trofozoit iri böyrəkşəkilli nüvəyə (makronukleus), KIÇIK kürəvi nüvəyə (mikronukleus) və IKI yığılıb - açılan vakuola malikdir. Eninə bölünməklə çoxalırlar. Kürəvi formalı, qalın qişalı, 40-70 mkm diametrli sistaları bir nüvəlidir. Onlar nəcislə ətraf mühitə düşür və orada uzun müddət saxlanılır.
İnfeksiya mənbəyi və yoluxma yolları. Balantidilər donuzların, meymun və gəmiricilərin bağırsağının sakinləridir, lakin nadir hallarda xəstəlik törədirlər. Yoluxma fekal - oral mexanizmlə, sistalarla çirklənmiş su və qidanın qəbulu nəticəsində baş verir.
Balantidiazın patogenetik və klinik xüsusiyyətləri. Həzm traktına daxil olmuş sistalardan trofozoitlər əmələ gəlir, onlar yoğun bağır- saqlarda bakteriyalarla qidalanaraq çoxalır və nəcislə xaric olunan sistalar əmələ gətirir. Balantidilər çox vaxt xəstəliyə səbəb olmur, lakin onlar bəzi hallarda yoğun bağırsaqların və qalça bağırsağın terminal hissəsinin selikli qişalarına daxil olub çoxalaraq abseslər və xoralar əmələ gətirir. Xroniki diareya, yaxud qəbzlik balantidiazın əsas klinik təzahürlərindəndir, bəzən qanlı - selikli ishal, tenezmlər müşayiət olunan ağır hallar bağırsaq amebiazını xatırladır.
Mikrobioloji diaqnostika. Yeni ifraz olunmuş nəcisdən hazırlanmış yaxmanın mikroskopiyası ilə aparılır. Aktiv hərəkətli balantidiləri, yaxud onların sistalarını müşahidə etmək mümkündür. Diaqnozun dəqiqləşşdirilməsi üçün parazitoloji metoddan istifadə olunur. Bu zaman B. coli – nin vegetative formları nəcis kütləsində, xora kənarı bioptatında və ya möhtəviyyatın yaxmasında tapılır.
Müalicə. Müalicədə ən çox effektiv preparat monomitsin hesab olunur:
5-7 gün intervalla, iki beşgünlük sikl müddətində, gündə 4 dəfə 150000- 250000 vahid dozada təyin edilir.Xəstəliyin ağır gedişi zamanı üç sikl aparılır və bu zaman monomisin oksitetraskilinle birlikdə, 7 gün müddətində, gündə 4 dəfə, 0,2 q dozada verilir. Xəstəliyin yüngül və orta – ağır formlarında oksitetrasklin göstərilən dozada təyin edilə bilər. Bir sıra preparatlar – ampisillin, yatren, enteroseptol, metronidazolun işlədilməsi də müsbət effekt verir. Etirotrop terapiya ilə yanaşı dezintoksikasion dərmanlar, orqanizmin ümumi reaktivliyini qaldıran preparatların təyin edilməsi də göstərişdir. Ağır formlarında hemoterapiyada yaxşı səmərə verir. Tetrasiklin yodoxinol, yaxud metronidazolla kombinasiyada tətbiq edilir. Kəskin appendist və ya bağırsaq ağırlaşmalarının inkişafı zamanı, təxirəsalınmaz cərrahi əməliyyatın aparılmasına göstəriş verir.
Profilaktika. Bağırsaq infeksiyalarında olduğu kimidir.



Cevapla
  • Benzer Konular
    Cevaplar
    Görüntüleme
    Son mesaj

“Mikrobiologiya və immunologiya” sayfasına dön

Kimler çevrimiçi

Bu forumu görüntüleyen kullanıcılar: Hiç bir kayıtlı kullanıcı yok ve 1 misafir