Venoz nəbz-fleboqrafiya.

Cevapla
Parviz Mammadov
Mesajlar: 1
Kayıt: Sal Ara 19, 2017 12:40 am
Reputation: 1

Venoz nəbz-fleboqrafiya.

Mesaj gönderen Parviz Mammadov » Sal Ara 19, 2017 12:52 am

10. VENOZ NƏBZ–FLEBOQRAFİYA.
VenaVena nəbzi, ürəyin işi ilə əlaqədar olaraq böyük venaların ritmik rəqslərinə deyilir. Qulaqcıqların sistolası zamanı qanın qulaqcıqlara axması kəsilir və venalar şişir, diastola da isə qan qulaqcığa tökülür və venalar xeyli boşalıb yığışır. Vena nəbzi müstəsna olaraq sağ qulaqcığa yaxın olan iri venalarda (aşağı və yuxarı boş venalarda), ən yaxşı isə vidaci venalarda əmələ gəlir. Mədəciklərin sistolasında bu venalar boşalıb yığışırlar. Bu səbəbdən də sağlam adamın vena nəbzi mənfi vena nəbzi adlanır. Boş venalarla bir sırada yerləşən yuxu arteriyasının rəqsləri vena nəbzi kimi qəbul edilə bilər. Yuxu arteriyasının rəqslərindən asılı olan yalançı vena nəbzində isə durğunluq olduğuna görə rəqslər daha aydın hiss olunur.
Sağ qulaqcıq ilə sağ mədəcik arasındakı qapaqlar tamamilə bağlanmadıqda sağ mədəciyin sistolası zamanı geriyə-venalarıgeriyə-venalara qan dalğası tullanır və buna görə də vena nəbzinin yüksəlişi mədəciyin sistolasına uyğun gəlir. Belə nəbzə müsbət nəbz deyilir.
Vena nəbzini qeyd etmək üçün damara ya kanyula, ya da içərisi boş iynə taxılır. Kanyulanı və ya iynəni monometr ve qeydedici sistem–Marey kapsulası ilə birləşdirirlər. Bu üsulla vena nəbzinin qeyd edilməsinə fleboqrafiya, nəbzin əyrisinə isə fleboqramma deyilir.Fleboqrammanın forması ürəyə ən yaxın venaların qanla dolmasından və venoz qanın ürəyə doğru axma sürətindən, həmçinin venaların həcminin dəyişikliklərindən asılı olur. Fleboqramma üzərində üç əsas dalğa (a,b və c) qeyd edilir.
Birinci dalğa – yüksəliş dalğası (a) qulaqcıqların sistolası zamanı venalardan qanın qulaqcığa axını kəsilsə də periferiyadan qanın venaya axmasından əmələ gəlir. C–dalğası sağ mədəciyin gərginləşməsi fazasında, orada təzyiqin artması və taylı qapaqların qulaqcıqlara doğru gərilməsi nəticəsində qulaqcıqlara dolan qanın venalara tərəf itələnməsindən yaranır. B-dalğası isə mədəciklərin sistolasının ikinci yarısında qanın venalardan qulaqcıqlara axmasından asılıdır. Əyrinin c-dən x-ə qədər kəskin azalması mədəciklərdən qanın qovulma fazasının başlanğıcında qulaqcıqlarda təzyiqin düşməsinə uyğun gəlir.
Beləliklə, venoz nəbzin əyrisində iri venalarda qulaqcıqların sistolası, mədəciklərin sistolasının gərginləşmə fazası, həmçinin qulaqcıq-mədəcik qapaqları açıldıqdan sonra qanın təkrar qulaqcıqlardan mədəciklərə daxil olması ( təzyiqin b-dən y-yə qədər düşməsi ) ilə əlaqədər qan təziqinin dalğaları aydın görünür.



Cevapla
  • Benzer Konular
    Cevaplar
    Görüntüleme
    Son mesaj

“Normal fiziologiya” sayfasına dön

Kimler çevrimiçi

Bu forumu görüntüleyen kullanıcılar: Hiç bir kayıtlı kullanıcı yok ve 0 misafir