Azərbaycan Tibb Universitesi

Cevapla
Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

Azərbaycan Tibb Universitesi

Mesaj gönderen HekimBaba » Cum Haz 07, 2019 8:06 pm

Azərbaycan Tibb Universiteti – Azərbaycanın tibb profilli ali təhsil müəssisəi.
Azərbaycan hələ qədim zamanlarda Şərq aləmində mədəniyyətin, ədəbiyyatın, elmin bir çox sahələrinin, o cümlədən, tibb elminin inkişaf etmiş mərkəzlərindən biri hesab edilmişdir. Təsadüfi deyil ki, Azərbaycanda tibb elmi çox qədim köklərə malik olmuş, bu sahə üzrə bir sıra əsərlər yaradılmışdır.
Tibb sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında Azərbaycan Tibb Universitetinin keçdiyi yol Respublikamızın səhiyyəsinin inkişafında pillələrdən birini təşkil edir. Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır. Bakı Dövlət Universitetinin yaradılmasının təşəbbüsçüləri ilk Azərbaycan Demokratik Respublikasının rəhbərliyi və respublikanın ziyalı təbəqəsi olmuşdur. Artıq 1919-cu ilin may ayında tanınmış cərrah professor İ.Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir.
Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ.Şirokoqorov, S.Davidenkov, F.İlyin, L.Levin, N.Uşinski, K.Malinovski, P.Rostovsev, M.Çlenov və başqalarının böyük rolu olmuşdur. Universitetin tibb fakültəsinin açılması təkcə həkimlərin işinə deyil, həm də şəhərin tibb müəssisələrinin fəaliyyətinə mühüm təsir göstərdi. Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının Azərbaycan üçün böyük əhəmiyyəti var idi. Çünki əhali arasında tibbi yardıma, eləcə də Respublikada səhiyyə orqanlarının və sanitar-epidemioloji xidmətin yaradılmasına böyük ehtiyac duyulurdu. Səhiyyə orqanlarının qarşısında yeni, mühüm dövlət tapşırıqları dururdu: əhaliyə pulsuz, imkan daxilində yüksək səviyyəli tibbi yardım göstərmək, geniş şəkildə sanitariya tədbirləri keçirmək, yoluxucu xəstəliklərlə mübarizə aparmaq. Bütün bunlar üçün milli həkim kadrlarının hazırlanması vacib idi və bu problem müvəffəqiyyətlə həll edilirdi.
Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: sonralar elmlər doktoru, professor adı alan Adilə Şahtaxtinskaya və məşhur həkim Ceyran xanım Sultanova.
Bu illərdə sonralar Azərbaycan tibb elmini dünyaya tanıtmış ilk milli elmi-pedaqoji kadrlar: M.Mirqasımov, M.Topçubaşov, M.Əfəndiyev, K.Balakişiyev, Ə.Əliyev, İ.İsmayılzadə, M.Kajlayev, A.Atayev, H.Tahirbəyov, D.Nuriyev, Z.Məmmədov və başqaları elmdə ilk addımlarmı atırdılar. Artıq bir neçə ildən sonra kafedralarda Azərbaycanlı həkimlər tibb elmləri doktorları, professorlar çalışırdılar. Müxtəlif elmi tibbi cəmiyyətləri yaranırdı. 1930-cu ilə kimi tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi. Məzunlar Respublikanın müxtəlif şəhər və kəndlərinə göndərilirdi. İllər ötdükcə, dissertasiya işlərini başa çatdıran ilk alimlər üzə çıxırdı. Belə ki, 1922-1930-cu illərdə alimlik dərəcəsi almaq üçün 27 dissertasiya müdafiə edildi. Dissertantlar arasında milliyətcə azərbaycanlı olanlar da var idi.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında verdiyi 287\99 saylı qərarı bu sahədə ən mühüm addım oldu.
Tanınmış ictimai xadim və xalq səhiyyə komisarı M.Qədirli tibb institutunun ilk rektoru olmuşdur (1930). Sonralar instituta ardıcıl olaraq N.Məmmədli (1931-1932), Ə.Əliyev (1932-1934), M.Hüseynov (1934-1935), Əziz Əliyev (1935-1938), M.Əliyev (1938-1942), Z.Məmmədov (1943-1946), Bahadur Eyvazov (1946-1964), X.Həsənov (1964-1968), B.Məcidov (1968-1972), Z.Quliyeva (1972-1983), Y.Məmmədov (1983-1992) rəhbərlik etmişlər. 1992-ci ildən etibarən Azərbaycan Tibb Universitetinə SSRİ Dövlət Mükafatı Laureatı, Polşa elmlər akademiyasının həqiqi üzvi, Ümumdünya Onkoloqlar və Avropa Bərpa Cərrahlığı Assosiasiyalarının üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Ə.T.Əmiraslanov rəhbərlik edir.
İnstitutun fəaliyyətinin ilk günlərində Azərbaycan dilində də tədris bölməsinin yaradılması haqqında qərar qəbul edildi. Müvafiq surətdə yeni kafedralar təşkil edildi, milli dildə dərsliklər nəşrinə başlandı.
30-cu illərdə Azərbaycan alimlərinin yeni nəsli yarandı: Ə.Əliyev, H.Ağabəyov, Ə.Əlibəyov, M.Əfəndizadə, C.Abdullayev, R.Hüseynov. S.Hacıqasımov, Z.Hüseynbəyov, Ə.Həsənov, C.Hüseynov, G.Qurbanov. A.Qarayev və b. Bu dövrdə institutun müəllim və məzunları səhiyyə orqanlarına hərtərəfli yardım göstərirdilər. Onlar aktiv şəkildə yoluxucu xəstəliklərlə mübarizəyə qoşulur, tibbi biliklər haqqında təbliğat aparmaqla, əhalinin sanitariya mədəniyyətini artırdılar. Onlar həmin illərdə yayılan malyariya, vəba, qarın yatalağı epidemiyalarından minlərlə adamın həyatını xilas etdilər. Tibb İnstitutunun fəaliyyətinin ilk on ili respublika səhiyyəsinin möhkəmlənməsinə öz töhfəsini vermişdir. 1940-cı ilin əvvəllərində 3 fakültədə 45 kafedra fəaliyyət göstərirdi. İllik tələbə qəbulu 500 nəfər idi. 1940-cı il 1 iyulda institutda 40 professor, 45 dosent, 137 assistent, 16 baş müəllim, 45 müəllim çalışırdı. Onların əksəriyyəti gənc azərbaycanlı alimlər idi.
İkinci dünya müharibəsi illərində institut cəbhə üçün həkim hazırlanmasına böyük yardım göstərirdi. Cəbhənin yaxın olmasına baxmayaraq, 1941-1944-cü illər ərzində institutda bir gün də olsa dərslər dayandırılmadı, 2082 həkim hazırlandı.
Həmin illərdə ATİ-nin müharibə dövründəki fəaliyyəti yüksək qiymətləndirildi; institut 1943-cü ildə Keçici Qırmızı Bayraqla təltif edildi. 50-ci illər kənd səhiyyəsinin fəal inkişaf etdiyi dövr idi. İnstitutun həkim və professor briqadaları pambıqçılara, heyvandarlara, neftçilərə, həmçinin Sumqayıtın yeni tikintilərində çalışan zəhmətkeşlərə tibbi yardım göstərirdi.
1957-ci il 29 aprel tarixində institut üçün tarixi gün oldu. Azərbaycan Respublikası Ali Sovetinin fərmanına əsasən, instituta tanınmış ictimai xadim, həkim, yazıçı Nəriman Nərimanovun adı verildi və institutun bütün sonrakı fəaliyyəti onun adı ilə bağlı oldu. Sonrakı illər institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni kafedra və kursların açılması ilə əlamətdar oldu. Belə ki, üçüncü tədris binasının tikintisi başa çatdırıldı, birinci və ikinci tədris binaları tikilib istifadəyə verildi. Azərbaycan Tibb İnstitutu təşkil edilməsinin 50-illik yubileyi ərəfəsində səhiyyənin, tibb elminin inkişafında və tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə, Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edildi. Yubiley münasibəti ilə N.Nərimanov adına ATİ-nin bir qrup müəllim və alimləri orden və medallara, fəxri təltiflərə layiq görüldü. Bu institutun sonrakı həyatında əhəmiyyətli dəyişikliklərə səbəb oldu.
Alimlərin, tələbələrin fəallığı və təşəbbüskarlığı yüksəldi. Əczaçılıq, sanitariya, uşaq stomatologiyası ixtisasları üzrə subordinatura yaradıldı. İnstitutun idarə strukturunda dəyişiklik edildi. Gələcək həkimlərin praktik hazırlığının yaxşılaşdırmaq üçün istehsalat təcrübəsi dekanlığı, internatura şöbəsi, elmi-tibbi informasiya şöbəsi, elmi-tədqiqat bölməsi, tələbələrlə iş üzrə dekanlıq, tədris metodikası kabinəsi və s. yaradıldı. Həmçinin kitabxana, nəşriyyat şöbəsi, çox tirajlı qəzet redaksiyasının işi möhkəmləndirildi. Respublikada ilk dəfə olaraq proqramlaşdırılmış təhsil üsulu, kompüter sinifləri yaradıldı.
1985-1999-cu illər ərzində institut əməkdaşlarının çoxsaylı elmi işlərinin nəticələri və bir sıra ixtiraları tibbi təcrübəsinə daxil edilmişdir. Bu müddət ərzində 122 monoqrafiya, 55 dərslik, 138 tədris vəsaiti çap edilmişdir.
1991-ci il 4 fevralda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ATİ-yə Universitet statusu verilmişdir, o vaxtdan etibarən institut N.Nərimanov adına Azərbaycan Tibb Universiteti adlanır.
Son illərdə qabiliyyətli gənc alimlər öz elmi-tədqiqatlarını doktoranturada davam etdirirlər. Hazırda Universitetdə 142 elmlər doktoru və 692 elmlər namizədi çalışır.
Dosya ekleri
Azərbaycan Tibb Universiteti.doc
(56 KiB) Hiç indirilmedi
Azərbaycan Tibb Universiteti.doc
(56 KiB) Hiç indirilmedi



Cevapla
  • Benzer Konular
    Cevaplar
    Görüntüleme
    Son mesaj

“Tibb tarixi” sayfasına dön

Kimler çevrimiçi

Bu forumu görüntüleyen kullanıcılar: Hiç bir kayıtlı kullanıcı yok ve 0 misafir