Bağırsaq iersiniozunun törədicisi

Cevapla
Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

Bağırsaq iersiniozunun törədicisi

Mesaj gönderen HekimBaba » Cum Haz 07, 2019 8:08 pm

Bağırsaq iersiniozunun törədicisi, xüsusiyyətləri, patogenezi,
mikrobioloji diaqnostika prinsipləri, müalicə preparatları
Y.enterocolitica 1939 - cu ildə C.Şleyfsteyn və M.Kolmen tərəfindən kəşf olunmuşdur.
Morfo - bioloji xüsusiyyətləri. 1,8-2,7 x 0,3-0,7 mkm ölçülərə malik, qram mənfi, hərəkətli, kapsulasız, sporasız, çöpvari bakteriyadır. Fakultativ anaerobdur. Adi qidalı mühitlərdə 22 - 28°C temperaturda inkişaf edir. Ət - peptonlu aqarda kiçik, parlaq, şeh damlasını xatırladan koloniyalar əmələ gətirir. 37oC temperaturda kultivasiya edildikdə qeyri - şəffaf, mərkəzi qabarıq, haşiyəli kənarlara malik koloniyalar əmələ gətirir. Qlükozanı və saxarozanı turşuya qədər parçalayır, ramnozanı parçalamır, ureaza əmələ gətirir. Voqes - Proskauer reaksiyası və indol əmələ gətirmə sabit əlamət deyil. Əksər enterobakteriyalar kimi laktozanı parçalamırlar. Y.enterocolitica O-, K- və H-antigenlərinə malikdir. O- antigeninə göıə 50 - dən artıq serovara bölünür. İnsanlarda ən çox O3, O8 və O9 serovarları xəstəlik törədir.
Patogenlik amilləri. Y.enterocolitica endotoksinə malikdir, bəzi ştammları enterotoksigen bağırsaq çöplərinin termostabil enterotoksininə oxşar toksin ifraz edir. Törədicinin orqanizmdə yayılması 37oC temperaturda aktivləşən və plazmidlərdə yerləşən genlərin funksiyası ilə əlaqədardır. Bu genlər bağırsaq divarı hüeeyrələrini zədələyən sitotoksinin sintezini və törədicinin faqositlər daxilində çoxalmasını təmin edən V- və W- antigenlərini determinasiya edir, nəticədə natamam faqositoz baş verir.
Ətraf mühit amillərinə davamlılığı. Yüksək hərarətin təsirinə həssasdır. 100o C - də ani oIaraq 60 - 80°C- də 15-20 dəq. müddətində ölür. Birbaşa günəş şüaları onları 30 dəq müddətində məhv edir. Aşağı temperaturun təsirinə davamlıdır. 4 - 14°C temperaturda nəinki saxlanılır, hətta çoxalırlar. Qida məhsullarında çoxalmaq qabiliyyətinə malikdirlər. Dezinfeksiyaedici maddələr - xloramin, suleymani və fenol onları bir- neçə dəqiqə müddətində öldürür.

İnfeksiya mənbəyi və yoluxma yolları. Bağırsaq iersinozu sapronoz infeksiyadır. Törədici ətraf mühitdə saprofit həyat sürür, torpaqda və suda rast gəlinir, buradan bitkilərə kökləri vasitəsilə daxil olur. Yoluxmuş su və bitkilər infeksiyanın kənd təsərrüfat heyvanları arasında yayılmasına səbəb olur. İnfeksiyanın rezervuarı və mənbəyi iri buynuzlu mal - qara, donuzlar, it, pişik, quşlar ola bilərlər. Əsasən alimentar yolla - su, süd, tərəvəz vasitəsi ilə ötürülür. İnsandan insana yoluxma yolu ilə mümkündür.
Bağırsaq iersiniozunun patogenezi və klinik təzahürləri. Bağırsaq iersiniozu - bağırsaqiann zədələnməsi və mezenterial limfadenitlə müşayiət olunan xəstəlikdir. Həzm traktına daxil olmuş iersiniyaiar transsitoz vasitəsilə M - hüceyrələrindən qalça bağırsağın selikli qişasına invaziya edir və onların limfa follikullarına, daha sonra isə mezenterial limfa düyünlərinə keçərək onların iltihabına səbəb olur. Sitotoksinin və enterotoksinin təsirindən bağırsaq divarında iltihabi proses inkişaf edir, diareya, yalançı appendisit, ileit baş verir. Aparıcı simptom qastroenteritdir.Törədicilərin limfa follikullarından qana keçməsi bakteremiya ilə nəticələnir, infeksiyamın generalizasiyalı forması inkişaf edir. Bu zaman dalaq, qaraciyər və digər daxili orqanların zədələnməsi ilə poliartrit, meningit və immun çatışmazlığı olan şəxslərdə sepsis inkişaf edə bilər. Oynaqların zədələnməsi reaktiv poliartrit kimi cərəyan edir. Patogenez törədicinin hüceyrə divarı komponentlərinin toxuma uyğunluğunun baş kompleksinin II sinif antigenləri ilə qarşılıqlı təsirdə olaraq superantigen; xassəsi kəsb etməsi ilə izah edilir. Nəticədə T - limfositlərin poliklonal aktivləşməsi, onların proliferasiyası və sitokinlərin hiperproduksiyası baş verir. Oynaqları reaktiv poliartrit tipində zədələdiyindən, bir sıra müəlliflər iersiniyaları ankilozlaşdırıcı spondilitin etioloji agenti hesab edirlər, belə ki, iersiniyalar bu xəstələrdən tez - tez təcrid olunur. İnkubasiya dövrü 3 - 7 gündür. Xəstəlik kəskin başlayır: qızdırma, intoksikasiya, qarında ağrılar, diareya, dəridə səpgilər əmələ gəlir. Xəstəlik xroniki hala keçib, illərlə davam edə bilər.
Mikrobioloji diaqnostika. Bakterioloji və seroloji müayinə üsullarından istifadə edilir. Bakterioloji müayinə üçün material kimi nəcis, onurğa beyni mayesi, qan götürülür. Patoloji materialda törədicilərin az olmasını nəzərə alaraq onu zənginləşdirmək məqsədilə fosfatlı buferlə (pH 7,6) qarışdırıb, 4°C temperaturda 2 - 4 həftə müddətində saxlayırlar. Belə şəraitdə bağırsaq bakteriyalarının çoxusu məhv olsa da, Y.enterocolitica saxlanılır və çoxalır. Buradan vaxtaşırı bərk qidalı mühitlərə (ƏPA, Endo, MacConkey) inokulyasiya etməklə törədicinin kulturasını almaq olar. Son zamanlar iersiniyaları nəcisdən əldə etmək üçün tərkibində sefsulodin, irqazan və. novobiosin olan selektiv mühit (CİN-aqar) təklif edilmişdir. Seroloji müayinədə qan zərdabında törədici əleyhinə anticisimlər PHAR vasitəsilə aşkar edilir (diaqnostik titr - 1/160). Bu zaman Y.enteroeolitica ilə vibrionların, salmonellaların və brussellaların çarpaz antigenlərə malik olması nəzərdə saxlanılmalıdır. İki həftə və daha artıq fasilələrlə götürülmüş qoşa qan zərdablarında anticisimlərin titrinin artması diaqnostik göstəricidir.
Müalicə. Diareya ilə müşayiət olunan bağırsaq iersiniozlarında antibiotiklərdən istifadə edilmir. Sepsis və meningit hallarında III nəsil sefalosporin antibiotikləri (xüsusən aminoqlikozidlərlə kombinasiyada) və flüorxinonlonlar yaxşı effektə malikdir.
Dosya ekleri
Bağırsaq iersiniozunun törədicisi.doc
(112.5 KiB) 1 kere indirildi
Bağırsaq iersiniozunun törədicisi.doc
(112.5 KiB) 1 kere indirildi



Cevapla
  • Benzer Konular
    Cevaplar
    Görüntüleme
    Son mesaj

“Mikrobiologiya və immunologiya” sayfasına dön

Kimler çevrimiçi

Bu forumu görüntüleyen kullanıcılar: Hiç bir kayıtlı kullanıcı yok ve 4 misafir