Bakteriyalarda transformasiya hadisəsi

Cevapla
Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

Bakteriyalarda transformasiya hadisəsi

Mesaj gönderen HekimBaba » Cum Haz 07, 2019 8:24 pm

Transformasiya hadisəsini ilk dəfə 1927 - ci ildə ingiliis bakterioloqu Frederik Qriffit Diplococcus pneumoniae (müasir nomenkiaturaya görə Streptococcus pnevmoniae) bakteriyasının müxtəlif ştammları üzərində apardığı təcrübələrdə öyrənmiş və onun nəticələrini 1928 - ci ildə çap etdirmişdir. Transformasiya donor bakteriyanın öz DNT- nin bir hissəsini resipienti bakteriyaya köçürərək onun genetik xüsusiyyətlərini dəyişməsi hadisəsidir. F.Qriffitin kəşf etdiyi transformasiya hadisəsi Q.Everinin rəhbərlik etdiyi qrupun sonraki tədqiqatlarının əsasında durur. Pnevmokokkların bəzi ştammları virulent olub onurğalılarda, xüsusilə insanda və siçanlarda pnevmoniya xəstəliyinə səbəb olur. Bu bakteriyaların başqa ştammları isə virulent deyil və pnevmoniya törətmir. Məlum olmuşdur ki, pnevmokokkların virulentliyindəki bu fərq onların səthində polisaxarid kapsulun olması ilə əlaqədardır. Virulent hüceyrələrin səthində kapsul vardır, virulent olmayan bakteriyaların səthində isə kapsul olmur. F.Qriffit öz təcrübələrində genetik cəhətdən fərqli S və R stammlarından istifadə etmişdir. D.pneumoniae bakteriyasının S ştammınm koloniyaları böyükdür, səthi hamar və parlaqdır. Bu hamar kapsul bakteriyaları faqositozdan qoruyur. R ştammının bakteriyaları isə kapsulsuzdur, onların koloniyalarının səthi kələ - kötürdür. Bu bakteriyalar S ştammından fərqli olaraq insanda, bir sıra heyvanlarda, eləcə də siçanda pnevmoniya və ya ağciyər iltihabına səbəb olmur. Kapsulsuz olduqlan üçün leykositlər tərəfindən zərərsizləşdirilir. Təcrübə üçün ayrılmış eyni şəraitdə saxlanılan siçanları Qriffit iki qrupa ayırmışdır. Qrupların birinə daxil olan siçanlara S ştammından, digərlərinə isə R ştammından olan, tam funksional fəal pnevmokokkları inyeksiya etmişdir. Qeyd etmək lazımdır ki, Qriffitə yalnız canlı pnevmokokkların xəstəlik törətməsi məlum olduğundan o, təcrübələrin necə nəticələnəcəyini əvvəlcədən bilirdi. Təcrübələrin nəticələri gözlənilən kimi oldu. S ştammlı pnevmokokklann inyeksiya edildiyi siçanların hamısı pnevmoniyaya tutularaq ölmüş, R ştammlı pnevmokokkların inyeksiya olunduğu siçanlar yoluxmalarına baxmayaraq xəstələnməmiş, salamat qalmışlar. Sonra Qriffit S ştammlı pnevmokokkları 30 dəqiqə müddətində 65 °C temperaturda qızdırmaqla öldürmüş və onları sağlam siçanın dərisinin altına inyeksiya etmişdir. Bu halda siçanların pnevmoniya ilə xəstələnməsi baş verməmişdir. Beləliklə, virulent olmayan R və S (öldürülmüş) ştammlarının siçanlara yoluxdurulması zamanı nəticələr eyni olmuş, bütün siçanlar salamat qalmışdır. Təcrübələrin növbəti mərhələsində öldürülmüş S və canlı R ştammlarınm koloniyaları qarışdırılmış və siçanlara inyeksiya edilmişdir. F.Qriffit ehtimal edirdi ki, bu ştammlann koloniyalarının qarışığı əvvəlki iki təcrübədə olduğu kimi, xəstəliyə səbəb olmayacaq. Lakin gözlənildiyinin təm əksinə olaraq siçanlar 5 və R ştammları qarışığının inyeksiyasından beş gün sonra xəstələnib öldülər. Ölmüş siçanların qanının analizi göstərdi ki, onlar pnevmoniyadan ölmüşlər, çünki onların qanında çoxlu canlı, virulent S ştamını aşkar edilmişdir. Məlum olmuşdur ki, ölmüş siçanların ağciyərlərində və qarunda tapılnuş S ştammı hüceyrələri bu bakteriyaların inyeksiyadan əvvəl qızdırılaraq öldürülmüş ştammından heç nə ilə fərqlənmir. Təcrübələrdə nümunə kimi istifadə olunan va R ştammlı pnevmokoklara yoluxdurulmuş siçanlar salamat qalmışdır. Deməli R ştammının virulent olmayan hüceyrələrində mutasiya baş verməmişdir. Belə bir reversiyanın baş vermə ehtimalı da çox azdır.Bununla belə, canlı virulent olmayan və öldürülmüş virulent olmayan və öldürülmüş virulent hüceyrələr qarışıq koloniyada qarşılıqlı təsirdə olmuşlar. Qriffit güman edirdi ki, öldürülmüş hüceyrələr hansı yolla isə virulent olmayan bakteriyaları virulent S ştammına çevirir. O, belə bir çevrilməni transformasiya adlandırırdı və hesab edirdi ki, Transformasiya amili polisaxarid kapsulu transformasiyalaşmanın əsasını təşkil edir, R hüceyrələr tərəfindən udulur və bu bakteriyaların daxilinə keçir. Lakin sonrakı tədqiqatlar göstərdi ki, polisaxarid kapsulun bakteriyalarda transformasiya ilə hər hansı bir əlaqəsi yoxdur. Bakteriyalarda transformasiya hadisəsinin mahiyyətinə 1944 - cü ildə O. Everi, K.Mak - Leod və M.Mak - Kartinin işləri ilə aydınlıq gətirirdi. Əvvəlcə S və R ştammlarında spontan mutasiyaların baş vermə ehtimalı araşdırıldı. Təbii şəraitdə S—R istiqamətində çox nadir hallarda mutasiya baş verirsə. əks S—>R istiqamətində mutasiya heç vaxt olmur. Deməli, canlı orqanizlərdə R ştammımn mutasiya edərək S ştammınm mutasiya edərək S hüceyrələrinə çevrilmə ehtimalı yoxdur.
S ştammının kapsul hazırlamaq qabiliyyətinin R ştammma verilməsində nəzəri olaraq bakteriyanın üç komponenti iştirak edə bilər: polisaxarid kapsul, zülal və DNT. O.Everinin rəhbərliyi ilə aparılan təcrübələrdə tədqiqatçılar əvvəlcə S virulent bakteriyaların böyük həcmdə maye kulturasını aldılar. Sonra sentrifuqaiaşdırma ilə hüce>Tələr çökdürüldü və müəyyən temperaturda öldürüldü. Fermentativ təsirlə işləndikdən sonra patogen olmayan R ştammı hüceyrələrində transformasiya yaratma qabiliyyətinə malik S hüceyrələrinin həll olan filtratı alınmışdır. Bu filtrata proteaza fermenti ilə təsir etdikdən sonra oradakı bütün zülallar parçalanır. Ribonukleaza fermentinin təsirindən isə filtratda olan RNT molekulları da parçalanır. Deməli, transformasiyalaşdırıcı amil kimi zülallar və RNT molekulları təsir edə bilməz. Hüceyrə filtratınm ən axırıncı mərhələdə dezoksiribonukleaza fermenti ilə işlənilməsi zamanı onun transformasiyalaşdırıcı fəallığı itir. Filtratın müxtəlif mərhələlərdə tədqiqinin nəticələri göstərir ki, burada yeganə transformasiyalaşdırıcı amil DNT molekuludur.S ştammı bakteriyalarının fermentlərin təsiri ilə həll edib təmizləyəndən sonra alınmış kapsulsuz S ştammının R (kapsulsuz) ştammı ilə qarışığı hazırlanır. Belə qarışıq koloniyalı maye kultura siçana inyeksiya olunanda onlar xəstələnmir, transformasiya baş vermir. Zülallardan təmizlənmiş pnevmokokk koloniyalarında S - dən R - ə mutasiya baş vermir, transformasiya müşahidə edilmir. S ştammı hüceyrələrinin DNT- ni ayırıb onu R pnevmokokklarına köçürdükdə isə transformasiya baş verir.
Deməli, kapsulun yaranması və ya əlamətin ötürülməsi DNT- nin nəzarətində olur. Transformasiya zamanı DNT - nin bir və ya bir neçə gen sahəsi fəaliyyət göstərir. Donordan (S) resipientə (R) keçən DNT molekulunun bir hissəsi onun genomuna qoşulur. Donordan resipientə yalnız bir DNT zənciri keçir və onun genomunun uyğun bir sahəsinə daxil olur, onun xromosomu ilə rekombinasiya edir. Transformasiya amili kimi S - dən R - ə keçən DNT molekulunun çox böyük bir hissəsi fermentər tərəfindən parçalanır, az bir hissə fraqmentlər şəkilində resipientin irsi materialı ilə birləşib onun xassələrini dəyişir.



Cevapla
  • Benzer Konular
    Cevaplar
    Görüntüleme
    Son mesaj

“Mikrobiologiya və immunologiya” sayfasına dön

Kimler çevrimiçi

Bu forumu görüntüleyen kullanıcılar: Hiç bir kayıtlı kullanıcı yok ve 1 misafir