Bakteriyalarda transformasiya və transduksiya

Cevapla
Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

Bakteriyalarda transformasiya və transduksiya

Mesaj gönderen HekimBaba » Cum Haz 07, 2019 8:26 pm

Transformasiya hadisəsini ilk dəfə 1928-ci ildə Qriffits kəşf etmişdir. Transformasiya-donorun DNT-nin bir hissəsinin ressipientə keçərək onun genetik xassəsini dəyişməsi hadisəsinə deyilir.
Qriffits bu hadisəni əsasən siçanlar üzərində aparmışdır. Məlum olmuşdur ki, siçanların ağ ciyərlərində iltihab yaradan pnevmokoklarda (bakteriyalarda) iki cür kaloniya olur. Bunlardan birinin üzəri hamar (S), o birinin üzəri isə kələ-kötür olur (R).Birincilər hamar iri kaloniyalar əmələ gətirir və onlardan polieaxarid əmələ gəlir. Bu kapsul bakteriyanı faqositozdan xilas edir. Həmin bakteriyalar ona görə də viruslet olur. Hər iki ştamın qeyd etdiyimiz xassələri irsən keçir. R ştamından olan bakteriyaların bu cür poli saxarid turşusu olmur və özləri də viruslet deyil, aviruslet olur. Bir bakteriyanın ştammının (donordan) DNT-nin kiçik bir sahəsinin digər bakteriya ştamına (ressipientə) keçərək genotipik dəyişkənlik əmələ gətirməsinə transformasiya deyilir. Qriffits hər iki ştamma (RS) bakteriyaları qızdırmaqla öldürərək onların dəri altına vurduqda onlar ölməmiş, salamat qalmışlar. Lakin R kaloniyasından olan diri bakteriyaları qızdırmaqla öldürülmüş S bakteriyalarına qarışdırıb vurduqda onlar xəstələnmişlər. Demək öldürülmüş bakteriyalar öz xassəsini –kapsul hazırlamaq qabiliyyətini itirməmiş və canlı bakteriyanın aydın olmuşdur ki, təbii şəraitdə bakteriyalar öldükdən və parçalandıqdan sonra teriyaya keçirmişdir.
Ümumiyyətlə, tədqiqatlarda onun DNT-si xarici mühitə keçir və əlverişli şəraitdə başqa bakteriya hüceyrələrinə nüfuz edir və onun xromosomlarına daxil olur. DNT və həmçinin RNT irsiyyətin əmələ gəlməsi və bütün orqanizmlərin həyat fəaliyyətində vacib rola malikdir. Bunların hər ikisinin əsası nuklein turşularından ibarət olub birinci dəfə İsveçrə bioximiki Mişer tərəfindən 1869-cu ildə heyvan hüceyrələrinin nüvəsində tapılmışdır. Nuklein turşularının bioloji təbiəti aydınlaşdırıldıqdan sonra tam müəyyən edilmişdir.
Başqa bir bakteriofaq bir hüceyrədən digərinə bakterial DNA transferidir. Genom xəritələmə və ştam yapımında kullanılan bakteriya yenetiyidir. Transduksion faqlar orta ve son öldürücü olabilir.
Transduksiya və transformasiya oxşar xüsusiyyət daşıyırlar. Hər ikisi nuklein turşularının polimer yeni maddələr, nisbətən sadə molekuldan ibarət olan prosseslərdə iştirak edir. DNT- mürəkkəb strukturaya malikdir. İki qat zəncir əmələ gətirir. RNT sadə strukturaya malikdir, bir qat zəncir əmələ gətirir. Hüceyrə özünün bütün orqanoidləri ilə birlikdə elə bil ki, nuklein turşuları ilə ötürülmüşdür. Bu da onların vacib genetik əhəmiyyətini göstərir. DNT-nin tərkibində adenine, quanin, sitozin, timin, fosfor turşusu, dezoksiriboza; RNT-nin tərkibində isə adenine, quanin, sitozin, urasil, fosfor turşusu və riboza daxildir. Zülallar bioloji polimerlərdir, onların molekulları 20 ədəd monomerlərdən ibarətdir.



Cevapla
  • Benzer Konular
    Cevaplar
    Görüntüleme
    Son mesaj

“Mikrobiologiya və immunologiya” sayfasına dön

Kimler çevrimiçi

Bu forumu görüntüleyen kullanıcılar: Hiç bir kayıtlı kullanıcı yok ve 4 misafir