Baş beyin limbik törəmələrinin fiziologiyası

Cevapla
Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

Baş beyin limbik törəmələrinin fiziologiyası

Mesaj gönderen HekimBaba » Cum Haz 07, 2019 8:35 pm

Limbik sistemə qədim qabıq (paleokorteks), köhnə qabıq (arxikorteks) və ortaq qabıq (mezokorteks) törəmələri aiddir.
Paleokorteks prepirifokal, periamiqdalyar və diaqonal qabıq sahələri, qoxu soğanağını, qoxu soğanağını, qoxu qabarığını, şəffaf arakəsməni özündə birləşdirir.
Arxiokorteks hippokamp, dişli fassiya, qurşaq qırışığı daxildir. Mezokorteksə insulyar qabıq və parahippokampal qırışıq aiddir. Beyinin limbik törəmələrinin tərkibinə beyinin badamabənzər nüvəsi, arakəsmə nüvəsi, ön talamik nüvə, mamilyar cisim və hipotalamus aiddir.
Limbik törəmələr praktiki olaraq bütün hissi orqanlar tərs tərəfindən afferent oyanmalar alırlar:
- qoxu yolundan (arakəsma, badamabanzar nüvə);
- talamusdan keçən görmə yollarından (hippokamp, insula);
- eşitmə yollarından (hippokamp, insula);
- taktil hissiyyat yollarından (insula);
- daxili üzvlardan (insula).

Peypsin böyük hippokampal dairəsi. Bura mamilyar cisim, talamus, hippokamp, enterorinal qabıq və arakəsmə nüvələri, hipotalamusun mamilyar nüvələri daxildir.
Septal - amiqdaloid dairəsi: arakəsmə - diaqonal dəstə - badamabənzər nüvə - uc zolaq - hasar (arakəsmə).
Septal - hippokampal dairə : arakəsmə, suprakalozal zolaqlar hippokamp - forniks - hasar (arakasma).
Arakəsmə orta beyinin medial dəstəsi vasitəsilə Varol körpüsü ilə əlaqələnir.
Limbik törəmələrin funksiyaları :
- motivasiyanın, davranışın və visseral reaksiyaların emosional təzahürünü müəyyən edir;
- oyanmanın limbik daira boyu dövr etməsi müxtəlif fizioloji funksiyaların : aclıq, toxluq hisslərinin, sidik ixracının, böyrəküstü vəz hormonları sekresiyasının gündəlik ritmini müəyyən edir;
- yaddaşın tənzimində iştirak edir. Məsələn, hippokampın strukturunun pozulması zamanı yeni vərdişlər çətinliklə ya¬ranır, köhnə vərdişlər itir, qısamüddətli yaddaşın zəifliyi özünü göstərir. Xəstələr müalicə edən həkimi tanımırlar, anadan olduqları günü yadda saxlamırlar, xəstəxananın adını öyrənə bilmirlər, hətta öz yatağında gedən yolu xatırlaya bilmirlər. İdman oyunlarının hesabını yadda saxlaya bilmirlər, danışıq zamanı mövzunu unudurlar.
- zəif elektromaqnit təsirlər nəticəsində epileptik aktivliyin yaranmasında iştirak edirlər. Bu zaman ağrı hissiyatı blokada olunur.



Cevapla
  • Benzer Konular
    Cevaplar
    Görüntüleme
    Son mesaj

“Normal fiziologiya” sayfasına dön

Kimler çevrimiçi

Bu forumu görüntüleyen kullanıcılar: Hiç bir kayıtlı kullanıcı yok ve 1 misafir