Başın açılış gəlişləri

Cevapla
Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

Başın açılış gəlişləri

Mesaj gönderen HekimBaba » Cum Haz 07, 2019 8:40 pm

basin acilis gelisleri.doc
(31 KiB) 19 kere indirildi
basin acilis gelisleri.doc
(31 KiB) 19 kere indirildi
Döl başının açılış gəlişlərinə bütün doğuşların 0,5 – 1,0% - də, xüsusilə təkrar doğan qadınlarda rast gəlinir. Açılış gəlişlərinin 3 dərəcəsi ayırd edilir: açılmanın birinci dərəcəsi – ön baş gəlişi, ikinci dərəcəsi – alın gəlişi, üçüncü dərəcəsi – üz gəlişidir. Başın açılış gəlişlərinin yaranmasına səbəb olan amillər aşağıdakıılardır: çoxsulluq, azsululuq, hipotrofiya, dar çanaq, uşaqlığın tonusunun zəifləməsi, cift gəlişi, dölün və uşaqlığın inkişaf anomaliyaları, uşaqlığın koordinasiya olunmamış yığılmaları, dölün boynunun şişi, iri döl, göbək ciyəsinin dölün boynuna bir neçə dəfə dolanması.
Başın açılış gəlişləri zamanı doğuş mexanizmi aşağıdakı fərqləndirici mərhələlərlə xarakterizə olunur: birinci mərhələ - başın açılması, ikinci mərhələ - daxili fırlanma prosesində bir qayda olaraq arxa görkəmin əmələ gəlməsi, üçüncü mərhələ - əvvəlcə başın bükülməsi, sonra açılması.
Doğuş zamanı ön baş gəlişi diaqnozu daxili müayinədə aşağıdakı əlamətlərlə müəyyən olunur: çanağöın aparıcı oxu üzrə böyük əmgək kiçik əmgəkdan aşağı səviyyədə yerləşir. Oxabənzər tikiş kiçik çanaq girəcəyinin köndələn, yaxud çəp ölçüsündə olur.
Ön baş gəlişində doğuşun biomexanizminin birinci mərhələsində fizioloji doğuşlardan fərqli olaraq, dölün başı çanaq girəcəyinə bükülmə vəziyyətində deyil, mülayim dərəcədə açılmış vəziyyətdə daxil olur. Dölün başı çanaq girəcəyi düz ölçüsü ilə yerləşir.
Ön baş gəlişində doğuşun biomexanizminin ikinci mərhələsində başın daxili fırlanması və başın doğuş kanalında irəliləməsi baş verir.
Ön baş gəlişində doğuşun biomexanizminin üçüncü mərhələsində dölün başı çanaq dibində bükülür. Bu zaman baş burunüstü nahiyə ilə qasıq bitişməsinin aşağı kənarına istinad olunur. Başın bükülməsi zamanı təpə və ənsə doğulur.
Ön baş gəlişində doğuşun biomexanizminin dördüncü mərhələsi ənsəaltı çuxurun büzdüm sümüyünün zirvəsinə istinadından sonra başlayır və başın açılması ilə müşayiət olunur. Bu zaman baş tamamilə cinsiyyət yollarından doğulur.
Ön baş gəlişində doğuşun biomexanizminin beşinci mərhələsi ənsə gəlişlərində olduğu kimi, çiyinlərin daxilində və başın xaricdə fırlanmasıdır.
Ön baş gəlişində aparıcı nöqtəni böyük əmgək təşkil edir. Döl başı düz ölçüsü (12 sm) və ona uyğun en dairəsi (35sm) ilə doğulur.
Alın gəlişində çox nadir hallarda (0,021 – 0,026%) rast gəlinir. Alın gəlişini xarici müayinə ilə müəyyənləşdirmək çətindir. Doğuş zamanı daxili müayinədə aşağıdakı əlamətlər aşkar olunur: başın alın hissəsi aşağı səviyyədə yerləşir, alın tikişi boyunca bir tərəfdən burnun kötüyü və göz yuvaları, digər tərəfdən böyük əmgəyin ön kənarı əllənir.
Alın gəlişində doğuşun biomexanizminin birinci mərhələsində başın orta dərəcədə açılması baş verir. Alın tikişinin çanaq girəcəyinin köndələn ölçüsündə yerləşir. İkinci mərhələdə baş daxildə fırlanır (çənə önə istiqamətlənir) və çanaq oxu istiqamətində irəliləyir. Üçüncü mərhələdə dölün başı üst çənə qasıq bitişməsinin aşağı kənarına istinad edərək bükülür. Bu zaman cinsiyyət yollarından dölün təpə və ənsəsi doğulur.
Alın gəlişində doğuşun biomexanizminin dördüncü mərhələsində başın açılması baş verir. Ənsə qabarı ilə oma – büzdüm bitişməsinə istinad edən baş açılaraq tamamilə doğulur; beşinci mərhələdə çiyinlər daxildə, baş isə xaricdə fırlanır. Alın gəlişi zamanı aparıcı nöqtə alın nahiyyəsində yerləşir. Baş böyük çəp ölçüsü (13sm) və ona yaxın en dairəsi (42sm) ilə doğulur.
Üz gəlişinə ön baş və alın gəlişlərinə nisbətn tez – tez rast gəlinir (0,23%) və dölün başının maksimala açılma dərəcəsini göstərir. Üz gəlişinin diaqnostikası xarici mamalıq və uşaqlıq yolu müayinəsinin nəticələrinə əsaslanır: dölün başı maksimum açılmışdır, ona görə də xarici mamalıq müayinəsi zamanı dölün başı ilə kürəyi arasında dərinlik aşkar edilir, digər açılış vəziyyətləri üçün dölün kürəyinin qabarıqlığı xarakterikdir. Dölün ürək döyüntüləri döş qəfəsi tərəfindən daha aydın eşidilir.
Uşaqlıq yolu müayinəsi zamanı dölün üzünün hissələri ayırd edilir: çənə, qaşüstü qövslər, diş ətinin bərk yastıqları ilə ağız. Bu halda onu sağrı gəlişindən differensiasiya etmək lazımdır. Üz gəlişi zamanı gözü, sağrı gəlişi zamanı - dölün xarici cinsiyyət orqanlarını zədələməməkdən ötrü daxili müayinəni ehtiyatla aprmaq lazımdır.
Üz gəlişində doğuşun biomexanizminin birinci mərhələsində başın maksimal açılması baş verir. Bu zaman üz xətti (linea facialis), yəni burun kökündən çənəyə qədər olan xətt çanağın köndələn ölçüsündə yerləşir; ikinci mərhələdə dölün başı daxili fırlanma hərəkətləri edərək, ənsə nahiyəsi ilə oma sümüyünə doğru çevrilmiş olur; üçüncü mərhələdə dölün başı dilaltı sümük vasitəsilə qasıq bitişməsinin aşağı kənarına istinad edir və açılaraq doğuş yollarından doğulur. Bu zaman çənə, ağız, burun, gözlər, alın, təpələr və ənsə görünür.
Üz gəlişində doğuşun biomexanizminin dördüncü mərhələsi – çiyinlərin daxilində və başın xaricində fırlanması alın gəlişində olduğu kimi baş verir. Aparıcı nöqtə burun və ağız nahiyəsidir. Üz gəlişlərində baş şaquli ölçüsü ilə (9,5sm) və buna uyğun olaraq 32 sm en dairəsilə doğulur.
Hamiləlik zamanı və doğuşun birinci dövründə daxili təmas xətti olmadığına görə, dölyanı mayenin vaxtsız axması, uşaqlığın həcminin azalması və uşaqlıq – cift qan cərəyanının məhdudluğu, göbək ciyəsinin düşməsi döldə hipoksiyanın inkişafına səbəb olur.
Üz gəlişi arxa görkəmdə çanaq normal, döl isə yetişmiş, lakin iri olmadıqda doğuşun proqnozu qənaətbəxşdir. Lakin doğuşun müddəti ənsə gəlişi arxa görkəmdə nisbətən bir qədər uzun çəkir. Aralığın cırılması daha tez – tez müşahidə edilir, dölün kəllədaxili travması baş verir. Üz gəlişi ön görkəmdə doğuş mümkün deyil.



Cevapla
  • Benzer Konular
    Cevaplar
    Görüntüleme
    Son mesaj

“Mamalıq-Ginekologiya” sayfasına dön

Kimler çevrimiçi

Bu forumu görüntüleyen kullanıcılar: Hiç bir kayıtlı kullanıcı yok ve 1 misafir