Beyin qanamalarının patoloji və ya travmatik mənşəli olmasını fərqləndirən əlamətlər

Cevapla
Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

Beyin qanamalarının patoloji və ya travmatik mənşəli olmasını fərqləndirən əlamətlər

Mesaj gönderen HekimBaba » Cum Haz 07, 2019 8:53 pm

Serebro-vaskulyar (beyin-damar) xəstəlik baş beyni qanla təmin edən arterial damarlarda baş verən patologiyalar nəticəsində baş beynin qan dövranın pozğunluğu və bu pozğunluqlarla əlaqədar meydana çıxan müvafiq morfoloji və funksional dəyişikliklərə deyilir. Beyin qan damarlarının patologiyalarına isə əsas etibarilə beyin arteriyalarının aterosklerozu və hipertoniya xəstəliyi zamanı beyin arteriolların hialinozu aiddirlər. Kəskin serebro - vaskulyar xəstəliklər isə beyin qan dövranın kəskin şəkildə pozulmalarından ibarətdir. Klinikada isə bu xəstəliklər beləcə də, yəni “Beyin qan dövranın kəskin pozğunluğu” adlanır.Bu növ patologiyalara əvvəllər, hətta son illərə qədər yalnız 2 xəstəlik: baş beyin infarktı (baş beynin işemik infarktı) və baş beyinə qansızma (baş beynin hemorragik insultu) aid edilirdi.
Əksər hallarda baş beynə parenximatoz və ya subaraxnoidal qansızmaların mənşəyi həm klinikada, həm də meyitlərin patoloji - anatomik və məhkəmə -tibbi müayinələrində heç bir şübhə doğurmur. Lakin bəzən istər patoloji - ana tomik, istərsə də məhkəmə - tibbi praktikada baş beynə qanaxmaların, xüsusilə də subaraxnoidal qansızmaların mənşəyini və xarakterini dəqiqləşdirmək zərurəti meydana çıxır. Belə ki, onlann patoloji (serebro - vaskulyar xəstəlik kimi) , yaxud da travmatik mənşəli olması, biri - birindən diferensiasiya edilməsi bir çox sualların aydınlaşdırılması, qaranlıq və şübhəli məqamlann açıqlanması üçün çox vacib və böyük əhəmiyyət kəsb edə bilir. Kəskin serebro - vaskulyar xəstəliklərin çox geniş yayılmış növü olan hemorragik insultlarla travmatik mənşəli qansızmaları, o cümlədən də patoloji subaraxnoidal qansızmalarla travmatik subaraxnoidal qansızmalar arasındakı diferensial fərqli xüsusiyyətlər və onların xarakter morfoloji cəhətləri göstərilir. O da qeyd edilməlidir ki, bu diferensial xüsusiyyətlər hər bir şəxsə və hadisəyə individual yanaşma nöqteyi - nəzərindən şərti və nisbi qəbul olunmalıdır.
1. Kəllə - beyin travmaları zamanı qansızma adətən birinci növbədə baş beynin yumşaq qişasında, sonra isə, daha ağır hallarda beyin maddəsində baş verir. Hemorragik insultlar zamanı isə əksinə, qansızma ilk növbədə beyin maddəsində, xüsusilə də qabıqaltı nüvələr nahiyəsində və beyincikdə olur, daha ağır hallarda isə baş beynin yumşaq qişasına da yayılır.
2. Travma zamanı baş beynə qansızmadan başqa adətən qansızmaya müvafiq nahiyədə başın tüklü hissəsində dəridə ve dərialtı toxumada qançır, kəllə sümüklərində sınıqlar, baş beynin yumşaq qişasında zədələnmələr olur. Hipertoniya xəstəliyi zamanı isə bu travmatik dəyişikliklər olmur, baş beynə qansızmadan başqa hipertoniya xəstəliyi üçün xarakter makroskopik və mikroskopik dəyişikliklər müəyyənləşdirilir (ürəyin hipertrofiyası, arteriolların, o cümlədən də baş beyin arteriollarının hialinozu və sklerozu və sair), hipertonik krizin xarakter morfoloji dəyişiklikləri qeyd edilə bilir.
3. Travmatik subaraxnoidal qansızmalar ləkəşəkilli və ya məhdud - diffuz şəkildə məhdud xarakterli olurlar. Çünki mexaniki travmalar zamanı adətən kiçik və ya orta kalibrli damarlar zədələnir. Kəllə əsası sümüklərində sınıq olmazsa beyin esasının patologiyasiz iri arterial damarları cırıla bilməz. Patologiyalar zamanı isə adətən iri və ya orta kalibrli damarlar partladığı üçün subaraxnoidai qansızmalar da diffuz xarakterli olurlar.
4. Travmatik subaraxnoidal qansızmalar zamanı ayaqcıqlararası sisternalar çox nadir hallarda qanla dolur. Patologiya mənşəli subaraxnoidal qansızmalar zamanı isə, xüsusilə də beyin əsasındakı arterial damarların anevrizmalarının partlaması zamanı çox əksər hallarda ayaqcıqlararası sisternalar qanla dolmuş olur.
5. Baş beyin qanaxmalarının mənşəyinin xarakterini aydınlaşdırarkən şəxsin yaşının, onda serebro - vaskulyar xəstəliklər və ya digər damar patologiyalarının olması haqqında tibbi sənədlərin və anamnestik məlumatların, hadisənin baş vermə şəraitinin öyrənilməsi və s. bu kimi məlumatların əldə edilməsi də mühüm əhəmiyyət kəsb edə bilir.
Bütün bunlarla yanaşı istisna etmək olmaz ki, ölüme səbəb ola biləcək baş beyin qanaxmaları patologiya (serebro - vaskulyar xəstəlik) ilə travmanın bu və ya digər dərəcədə qarşılıqlı rolu və müştərək əhəmiyyəti nəticəsində də inkişaf edə bilər. Digər tərəfdən onu da istisna etmək olmaz ki, hemorragik insult travmatik mənşəli baş beyin qanaxmasından bir neçə gün sonra ikncili olaraq da inkişaf edə bilər və ölümə gətirib çıxara bilər.



Cevapla
  • Benzer Konular
    Cevaplar
    Görüntüleme
    Son mesaj

“Patoloji anatomiya” sayfasına dön

Kimler çevrimiçi

Bu forumu görüntüleyen kullanıcılar: Hiç bir kayıtlı kullanıcı yok ve 1 misafir