2017/2018-Cİ TƏDRİS İLİ ÜÇÜN REZİDENTURAYA QƏBUL OLANLARIN NƏZƏRİNƏ!

İmtahan və digər önəmli hadisələr haqqında məlumat
Cevapla
Kullanıcı avatarı
HekimBaba
Site Admin
Mesajlar: 591
Kayıt: Cum Mar 17, 2017 2:09 pm
Reputation: 102

2017/2018-Cİ TƏDRİS İLİ ÜÇÜN REZİDENTURAYA QƏBUL OLANLARIN NƏZƏRİNƏ!

Mesaj gönderen HekimBaba » Pzt Tem 17, 2017 2:38 pm

2017/2018-Cİ TƏDRİS İLİ ÜÇÜN REZİDENTURAYA QƏBUL OLANLARIN NƏZƏRİNƏ!
 
2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”lərinin istifadəçi adını, namizədin elektron ərizələrinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 18.07.2017-ci il tarixindən 24.07.2017-ci il tarixinədək (şənbə və bazar günləri istisna olmaqla) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edərək, nazirliklə “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni bağladıqdan sonra qeydiyyatdan keçməlidirlər.
 
Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.
 
Rezidenturaya qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməlidirlər:
Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – icazə vəsiqələrini və pasportlarını, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri –  qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
baza ali tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu,
xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;
xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.
 
Qeydiyyatdan keçmə (ixtisaslar üzrə) bu qrafik üzrə aparılacaqdır.
 
Qeydiyyatdan keçmənin səmərəli təşkili üçün rezidenturaya qəbul olmuş şəxslərdən qəbul olduqları ixtisasa ayrılmış gündə və saatda müraciət etmələri xahiş olunur.
 
Ünvan: Akad. M.Mirqasımov küç. 1A
 
Qeydiyyatdan keçmənin qrafiki (ixtisaslar üzrə)
 
Tarix və saat
İxtisas
 
18 iyul 2017
 
10.00-13:30
Ürək-damar cərrahiyyəsi 
10.00-13:30
Anesteziologiya-reanimatologiya
13.30-16:00
Ümumi cərrahiyyə
19 iyul 2017
 
10.00-12:00
Mamalıq-ginekologiya
12.00-13:00
Travmatologiya-ortopediya
13.00-16:00
Pediatriya
13.00-16:00
Uşaq  cərrahiyyəsi
13.00-16:00
Onkologiya
20 iyul 2017
 
10.00-12:00
Terapiya
12.00-14:30
Şüa diaqnostikası
14:30-16:00
 
Laboratoriya işi
14:30-16:00
 
Dermatovenerologiya
21 iyul 2017
 
 
10.00-11:00
Psixiatriya
11.00-12:00
Stomatologiya
11.00-12:00
Sosial gigiyena və səhiyyənin təşkili
12:00-13:00
 
Mikrobiologiya
12:00-13:00
 
Allerqologiya
13:00-15:00
Nevrologiya
13:00-15:00
Neyrocərrahiyyə
15:00-16:00
Kardiologiya
15:00-16:00
Nefrologiya
24 iyul 2017
 
10.00-11:00
Oftalmologiya
10.00-11:00
Gigiyena
10.00-11:00
Qastroenterologiya
11.00-12:00
Ftiziatriya
11.00-12:00
Fizioterapiya və tibbi bərpa
12.00-13:00
Yoluxucu  xəstəliklər
12.00-13:00
Üz-çənə cərrahiyyəsi
13.00-14:00
Epidemiologiya
13.00-14:00
Otorinolarinqologiya
13.00-14:00
Endokrinologiya
14.00-15:00
Hematologiya
14.00-15:00
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza
15.00-16:00
Urologiya
15.00-16:00
Narkologiya
15.00-16:00
Revmatologiya
15.00-16:00
İmmunologiya
15.00-16:00
Plastik cərrahiyyə

İstinad : sehiyye.gov.az



Cevapla
  • Benzer Konular
    Cevaplar
    Görüntüleme
    Son mesaj

“Bildiriş və Elanlar” sayfasına dön

Kimler çevrimiçi

Bu forumu görüntüleyen kullanıcılar: Hiç bir kayıtlı kullanıcı yok ve 1 misafir